SON DƏQİQƏ

Maskdan böyük nəticə

Tarix:

29-01-2025, 16:36

/ 3 171 dəfə oxundu.
Maskdan böyük nəticə

İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) artıq ABŞ hökumətinin gündə 1 milyard dollar qənaət etməsini təmin etdiyini bildirib.
GunAz.az xəbər verir ki, bu barədə qurumun X hesabında məlumat yayılıb.
“DOGE əsasən lazımsız vəzifələr üçün işə qəbulu dayandırmaqla, DEİ (müxtəliflik, bərabərlik və daxilolma) proqramlarını ləğv etməklə və xarici qurumlara lazımsız ödənişləri bloklamaqla federal hökumətin gündə təxminən 1 milyard dollar qənaət etməsini təmin edir. Hamısı prezidentin sərəncamlarına uyğundur. Əla başlanğıcdır, lakin biz bunu gündə 3 milyard dollara (ildə bir trilyondan çox) qaldırmalıyıq”, - məlumatda qeyd olunub.
скачать dle 12.1

Şərhlər