SON DƏQİQƏ

"Həmin pulları yedim" - Bülənt Ərsoy

Tarix:

9-12-2024, 14:25

/ 2 851 dəfə oxundu.
"Həmin pulları yedim" - Bülənt Ərsoy

Altın kelebek" mükafatlandırma mərasimində "Sənətdə 50-ci il münasibəti ilə özəl mükafat" alan Bülənt Ərsoy gecədə təkcə yaşıl rəngli libası ilə diqqət çəkməyib.
GunAz.az-ın məlumatına görə, ifaçı mükafatı aldıqdan sonra sənətdə rəqibi olmadığını açıqlayıb və haqqında çıxan xəbər başlıqlarına reaksiya verib:
"74 yaşımdayam. Rəqibim yoxdur. Bundan sonra mübarizə aparacağım kimsə də yoxdur. Boşuna yaşayıram. Niyə yaşayıram ki? Bu dünyada maddi və mənəvi hər şeyin ən gözəlini dadmışam. Haqqımda 10 kiloqram balıq, kürü yedi, filan şeyi etdi kimi başlıqlar yazdılar. Uca türk millətinin sayəsində alnımın təri ilə qazandığım pulları yedim".
скачать dle 12.1

Şərhlər