
Son günlər Türkiyədə məşhurların həmkarlarının dəfn mərasiminə qatılmaması müzakirə mövzusuna çevrilib.
GunAz.az xəbər verirki, müğənni Bülənt Ərsoy məsələyə münasibət bildirib. Özü də vida dəfn mərasimlərinə qatılmayan ifaçı bu fikirləri səsləndirib:
"Vəfasızlıq təkcə dəfn mərasimlərində olmur. Bu, dünyada nəfəs aldığımız müddətcə var. Dəfnimə kiminsə gəlib-gəlməmiyini vecimə də almıram. Dəfnimə kiminsə gəlməyini də istəmirəm. Özüm tək başına gedərəm".
Qeyd edək ki, son olaraq mərhum aktrisa Ahu Tuğba ilə vida mərasimdə həmkarlarının iştirak etməməsi müzakirə yaratmışdı.