SON DƏQİQƏ

Maykl Ceksonun qızı nişanlandı-FOTO

Tarix:

6-12-2024, 20:36

/ 3 512 dəfə oxundu.
Maykl Ceksonun qızı nişanlandı-FOTO

“Popun kralı” adlandırılan Maykl Ceksonun qızı Paris sevgilisi, musiqi prodüseri və DJ Castin Lonqla nişanlanıb.
GunAz.az xəbər verir ki, o bu barədə instaqram sosial şəbəkəsində məlumat verib.
Aktrisa nişanlısının ad günündə Castinin ona evlilik təklifi edərkən çəkdirdiyi fotonu yayımlayıb.
O, posta “Ad günün mübarək, əziz mavi! Mən daha mükəmməl insan tapa bilməzdim. Sənin olmağıma icazə verdiyin üçün təşəkkür edirəm. Səni sevirəm”, - sözlərini əlavə edib.
Qeyd edək ki, Paris Cekson və Castin Lonq 2022-ci ildən münasibətdədir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ