Bazar ertəsi, dekabrın 2-də Qazaxıstan birjasında bir dollar 530,8 təngəyə yüksəlib ki, bu da bütün ticarət tarixində tarixi maksimumdur.
GunAz.az RBK-ya istinadən xəbər verir ki, ümumilikdə ilin əvvəlindən Qazaxıstanın milli valyutası 15%-dən çox ucuzlaşıb.
Qazaxıstan Milli Bankının bazarı sabitləşdirmək üçün 1,26 milyard dollarlıq tədbirlər görməsinə baxmayaraq, milli valyutanın məzənnəsi enməkdə davam edib.