SON DƏQİQƏ
» » Fransa COP29-da niyə iştirak etmir? - Rəsmi açıqlama

Fransa COP29-da niyə iştirak etmir? - Rəsmi açıqlama

Tarix:

14-11-2024, 12:26

/ 3 488 dəfə oxundu.
Fransa COP29-da niyə iştirak etmir? - Rəsmi açıqlama

Məlum olduğu kimi, Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir.
GunAz.az xəbər verir ki, tədbirdə 80-dən çox ölkənin dövlət və hökumət başçısı, eyni zamanda 70 mindən çox nümayəndə iştirak edir.
Lakin iqlimə ən çox ziyan vuran ölkələrdən biri – Fransa rəsmiləri tədbirdə yüksək səviyyədə iştirak etmir.
Fransanın ekoloji keçid naziri Agnes Pannier-Runacher senatda çıxışı zamanı Azərbaycana səfər etməmələrinin səbəbini açıqlayıb.
O rəsmi Bakını Fransanın daxili işlərinə qarışmaqda ittiham edib.
“Respublika Prezidenti və Baş nazirlə müzakirə etdikdən sonra qərara gəldik ki, Azərbaycana getməyək”, – deyə nazir bildirib.
Fransa 2015-ci ildə imzalanan Paris Sazişindən sonra ilk dəfədir ki, COP tədbirində yüksək səviyyədə təmsil olunmur.
скачать dle 12.1

Şərhlər