SON DƏQİQƏ
» » Şoyqu Zəngəzur üçün təcili Pezeşkianla görüşdü

Şoyqu Zəngəzur üçün təcili Pezeşkianla görüşdü

Tarix:

17-09-2024, 21:46

/ 3 359 dəfə oxundu.
Şoyqu Zəngəzur üçün təcili Pezeşkianla görüşdü

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranda Prezident Məsud Pezeşkianla görüşüb və ona Rusiya lideri Vladimir Putinin mesajını çatdırıb.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, Şoyqu Pezeşkiana müəyyən “əldə edilmiş razılaşmalar haqqında hesabat” da təqdim edib.
Rusiya Təhlükəsizlik Şurasının katibi çərşənbə axşamı elan olunmamış səfərlə Tehrana gəlib və iranlı həmkarı Əli Əhmədian ilə danışıqlar aparıb. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər, regionda nəqliyyat marşrutları və dəhlizləri ilə bağlı İslam Respublikasının mövqeyinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, Şoyqu ötən ay - 5 avqustda İrana səfər etmişdi.
скачать dle 12.1

Şərhlər