ABŞ-nin Qüdsdəki səfirliyi Yaxın Şərqdə gərginliyin artması fonunda Amerika vətəndaşlarına İsraildə qalma riskləri ilə bağlı xəbərdarlıq edib.
GunAz.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Diplomatik missiya vurğulayıb ki, Amerika vətəndaşları şəxsi təhlükəsizlik məsələlərində diqqətli olmalı və məlumatlılığı artırmalıdırlar.
ABŞ rəsmiləri həmçinin bildirib ki, gərgin vəziyyətə görə uçuşlar ləğv olunarsa, vətəndaşlarına bilet bron etməkdə kömək edə bilməyəcəklər.