SON DƏQİQƏ

Rusiyada Qələbə Paradı keçirilir

Tarix:

9-05-2024, 12:10

/ 3 461 dəfə oxundu.
Rusiyada Qələbə Paradı keçirilir

Moskvanın Qırmızı Meydanında Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü şərəfinə hərbi parad keçirilir. 
GunAz.az xəbər verir ki, tədbir federal kanallar, o cümlədən “Rossiya 1” tərəfindən yayımlanır.
Paradda 9 mindən çox hərbçi iştirak edir. Onlardan 1000-dən çoxu Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın iştirakçılarıdır.
Tədbir dövlət və Qələbə bayrağının meydana gətirilməsi ilə başlayıb. Fəxri qarovul dəstəsinin nümayəndələri “Müqəddəs müharibə” mahnısının sədaları altında bayraqları daşıyıblar.
Parada Rusiya Quru Qoşunlarının baş komandanı Oleq Salyukov rəhbərlik edir.
Paradın başlamasına az qalmış ölkə prezidenti Vladimir Putin tribunaya çıxıb. Onunla birlikdə tədbirə Belarus, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Laos, Qvineya-Bisau və Kuba liderləri gəlib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ