SON DƏQİQƏ
» » İspaniyada "Telegram"ın bloklanması qərarı ləğv edildi

İspaniyada "Telegram"ın bloklanması qərarı ləğv edildi

Tarix:

25-03-2024, 20:54

/ 2 025 dəfə oxundu.
İspaniyada "Telegram"ın bloklanması qərarı ləğv edildi

İspaniya məhkəməsi servisdə pirat məzmunun yayılması ilə bağlı aparılan araşdırma çərçivəsində “Telegram”ın ölkədə bloklanması ilə bağlı verdiyi qərarı dayandırıb.

GunAz.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bu gün açıqlanan məhkəmə bəyanatına görə, İspaniya Milli Məhkəməsinin hakimi Santiaqo Pedras polisdən proqram və onun bloklanmasının istifadəçilərə necə təsir edəcəyi barədə hesabat hazırlamağı xahiş edib.

Qeyd edək ki, Pedraz daha əvvəl pirat məzmunun bir çox kanalda paylaşılması halları ilə bağlı araşdırmanın bir hissəsi olaraq bazar ertəsi günündən başlayaraq “Telegram”ı altı aya qədər bloklamaq barədə göstəriş vermişdi. İş materiallarına görə, istintaq şirkətin özünə qarşı deyil, ayrı-ayrı kanal sahiblərinə qarşı yönəlib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ