SON DƏQİQƏ

Türkiyənin GÖZƏGÖRÜNMƏZ “KAAN”I

Tarix:

27-02-2024, 09:32

/ 4 036 dəfə oxundu.
Türkiyənin GÖZƏGÖRÜNMƏZ “KAAN”I

İlk uçuşunu uğurla həyata keçirən Türkiyənin beşinci nəsil döyüş təyyarəsi “Kaan” üçün yeni işlərə başlanılıb.
Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumu (TÜBİTAK) təyyarəyə radarda görünməzlik xüsusiyyəti qazandıracaq yerli və milli layihələrin hazırlanması üzərində işləyəcək.
Həmçinin “Kaan”dakı bütün elektron sistemlərin bir-biri ilə uyğunluğunu ölçən və təhlil edən EMC test sistemi hazırlanacaq. Eyni zamanda beşinci nəsil görünməz təyyarə üçün radar kəsişmə sahəsinin azalmasını təmin edən “antenna test sistemi” istehsal ediləcək.
Eyni zamanda “Kaan”a radarda görünməzlik xüsusiyyəti vermək üçün elektromaqnit modelləşdirilməsi və optimallaşdırılması, proqram təminatı kimi işlər həyata keçiriləcək.
Xatırladaq ki, Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib. “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin “F-35” qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib.Haber Global
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ