
Azərbaycan Premyer Liqasının 18-ci turunun “Turan Tovuz” – “Araz Naxçıvan” matçının 81-ci dəqiqədə işıq dirəyinin aşması səbəbiylə bağlı məlumat vermişdik.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib:
“Tovuzdakı bədbəxt hadisədə xəsarət alan yoxdur, azarkeşlər evakuasiya olundu, futbolçular, oyun rəsmiləri təhlükəsiz ərazidədir”.































