SON DƏQİQƏ

Rusiya Zelenskinin evini satışa çıxardı

Tarix:

11-10-2023, 12:13

/ 1 639 dəfə oxundu.
Rusiya Zelenskinin evini satışa çıxardı

Ukrayna Prezidenti Vladimir Zelenskinin Krımın Livadiya qəsəbəsindəki evi satışa çıxarılıb.

Bu barədə Krımın mülkiyyət və torpaq münasibətləri nazirliyindən məlumat verilib.

“Bir müddət öncə milliləşdirilmiş ev hazırda açıq hərrac yolu ilə satışa çıxarılıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Krım hökuməti evə 24 milyon rubl qiymət qoyub. 100 kv. m sahəsi olan ev milliləşdirilmədən öncə Ukraynanın birinci xanımı Yelena Zelenskayanın adına olub.

скачать dle 12.1

Şərhlər