SON DƏQİQƏ

Türk Hava Yolları bunu qadağan etdi

Tarix:

28-07-2023, 08:16

/ 3 038 dəfə oxundu.
Türk Hava Yolları bunu qadağan etdi

Türk Hava Yolları pilotların kabinənin içindən şəkil çəkdirib sosial mediada paylaşmasını qadağan edib.

Bu barədə THY Uçuş Əməliyyatları İdarəsi dünən açıqlama yayıb. Bundan sonra pilotlar kokpitdə və ya xaricində foto və ya şəkillər çəkə və paylaşa bilməyəcəklər. Bundan əlavə, kabinədə səs yazısı da qadağaya daxil edilib.

Qadağanın səbəbi çəkilən və paylaşılan foto və ya görüntülərin zaman-zaman sosial mediada müzakirələrə səbəb olması olub.

Digər tərəfdən, pilotlar uçuş zamanı onların diqqətini cəlb edən və ya bildirilməsi lazım olan xarici hadisə ilə qarşılaşdıqda bunu lentə ala biləcəklər.
скачать dle 12.1

Şərhlər