
İstanbulun Çekmeköy səmtində binada güclü partlayış baş verib.
Dördmərtəbəli binada yerləşən mənzildə baş verən partlayışın təbii qazdan qaynaqlandığı bildirilib.
İlkin məlumata görə, partlayış zamanı 3 nəfər xəsarət alıb.
Partlayışdan sonra güclü yanğın baş verib, əraziyə yanğınsöndürənlər cəlb edilib.
Bildirilir ki, partlayışın baş verdiyi mənzildə əcnəbi bir qadın yaşayıb.