SON DƏQİQƏ

Çində güclü partlayış baş verdi

Tarix:

1-07-2023, 12:43

/ 1 642 dəfə oxundu.
Çində güclü partlayış baş verdi

Çinin şərqindəki Szyansi əyalətindəki kimya zavodlarından birində güclü partlayış baş verib. Ölənlərin olduğu ehtimal edilir.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.

Məlumata görə, insident Pekin vaxtı ilə günorta saatlarında Quysi şəhərində yerləşən müəssisədə baş verib.

Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb ediliblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən partlayışın səbəbləri, hadisə yerində ölən və yaralananların olub-olmadığı araşdırılır.
скачать dle 12.1

Şərhlər