
Türkiyənin Suriya ilə bağlı heç vaxt ərazi iddiası olmayıb. Ankaranın məqsədi terrorla mübarizədir.
Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada Rusiya, İran və Suriya XİN rəhbərlərinin mayın 10-da keçirilən dördtərəfli görüşünü şərh edərkən deyib.
O bildirib ki, tərəflər həmçinin Suriyada siyasi prosesin bərpası və sabitliyin yaradılması yollarını müzakirə ediblər:
"Biz xarici işlər nazirləri səviyyəsində təmasları davam etdirəcəyik. Yol xəritəsi hazırlandıqdan və lazımi baza formalaşdıqdan sonra liderlər səviyyəsində də danışıqlar mümkündür”.