SON DƏQİQƏ
» » Türkiyə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq

Türkiyə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq

Tarix:

31-03-2022, 12:43

/ 1 703 dəfə oxundu.
Türkiyə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq

Ankara Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etmək istəyir, Bakı bu təklifin əleyhinə deyil.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "A Haber” telekanalına müsahibəsində deyib.
"Biz bu görüşü mart ayında Antalyada keçirilən Diplomatik Forum çərçivəsində təşkil etmək istəyirdik. Bu alınmadı. Amma təklif açıqdır və Bakı bu görüşə qarşı deyil", - Çavuşoğlu deyib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə yeni səfərinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Çavuşoğlu belə cavab verib: "Bəli, mümkündür”.

скачать dle 12.1

Şərhlər