SON DƏQİQƏ
» » Türkiyə xarici işlər naziri Ukraynalı həmkarı ilə görüşüb

Türkiyə xarici işlər naziri Ukraynalı həmkarı ilə görüşüb

Tarix:

10-03-2022, 11:04

/ 2 219 dəfə oxundu.
Türkiyə xarici işlər naziri Ukraynalı həmkarı ilə görüşüb

Bu gün Ankara şəhərində baş tutacaq Türkiyə-Ukrayna-Rusiya XİN rəhbərlərinin görüşü çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı ilə ikili görüş keçirib

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu özünün şəxsi "Facebook” hesabında məlumat verib.

 

10:52

Rusiya-Ukrayna müharibəsi davam edərkən Türkiyə kritik görüşə ev sahibliyi edəcək.

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Diplomatiya Forumu çərçivəsində Antalyada görüşəcəklər.

Bu, hər iki ölkənin XİN rəhbərlərinin müharibə başlayandan bəri ilk görüşü olacaq.

Görüşdən sonra Kuleba mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə üçtərəfli formatda sülh danışıqları Türkiyə vaxtı ilə saat 11.00-da (Bakı vaxtı ilə saat 12.00) keçiriləcək.

Rusiya və Ukrayna nümayəndə heyətləri bu iclasdan kənar görüşməyəcək və ayrı-ayrı hotellərdə qalacaqlar.

скачать dle 12.1

Şərhlər