SON DƏQİQƏ

Çavuşoğlu Lavrov və Kuleba ilə danışdı

Tarix:

5-03-2022, 23:11

/ 1 404 dəfə oxundu.
Çavuşoğlu Lavrov və Kuleba ilə danışdı

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun rusiyalı və ukraynalı həmkarları Sergey Lavrov və Dmitri Kuleba ilə telefon danışıqları olub.

GunAz.az xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, danışıqlar əsnasında nazirlər Rusiya-Ukrayna böhranı ilə bağlı son vəziyyəti müzakirə ediblər.

Mövlud Çavuşoğlu Türkiyə tərəfinin Ukraynada elan edilən sakitlik rejimi, eləcə də humanitar dəhlizlərin yaradılması barədə razılığa gəlməsindən məmnun olduğunu ifadə edib.

Vurğulanıb ki, sözügedən vəziyyət, eyni zamanda, bölgələrə humanitar yardım çatdırılmasını da asanlaşdıracaq. Danışıqlar zamanı Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi məsələləri ətrafında da fikir mübadilələri aparılıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ