SON DƏQİQƏ

Yaponiyada güclü zəlzələ baş verdi

Tarix:

6-05-2023, 08:30

/ 2 724 dəfə oxundu.
Yaponiyada güclü zəlzələ baş verdi

Yaponiyanın Honsü adasının sahilində 5,5 maqnitudalı zəlzələ olub.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri 70 km dərinlikdə yerləşib. Yeraltı təkanlar təkcə Honsü adasındakı Aomori, Akita və İvate prefekturalarında deyil, şimaldakı Hokkaydo adasında da hiss olunub.

Sunami təhlükəsi yoxdur. Dağıntılar barədə hələlik məlumat verilməyib.

Bu, Yaponiya ərazisində bir gündə qeydə alınan ikinci zəlzələdir. Belə ki, daha əvvəl Yapon dənizində Honsü adasının qərb sahili yaxınlığında 6,3 maqnitudalı zəlzələ qeydə alınmışdı

скачать dle 12.1

Şərhlər