
Türkiyənin Kayseri şəhərinin Hacılar rayonunda 4,8 bal gücündə zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ yerin 7 km dərinlikdə meydana gəlib. Dağıntı və tələfat barədə məlumat verilməyib.