Türkiyədə yenidən güclü zəlzələ oldu
Türkiyənin Kayseri şəhərinin Hacılar rayonunda 4,8 bal gücündə zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerin 7 km dərinlikdə meydana gəlib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
