
Katoliklərin ruhani lideri Papa Fransisk dünyanı Ukraynadakı müharibəyə son qoymaq üçün konkret səylər göstərməyə çağırıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Papa bunu Vatikanda keçirilən plenar iclası zamanı bildirib.
Fevralın 24-də müharibənin 1 ili tamam olacaq. Bu qəddar və absurd müharibənin birinci ildönümüdür. Bu, kədərli bir ildönümüdür”, – deyə Papa qeyd edib.