SON DƏQİQƏ

Rusiyanın dağılma ehtimalı yüksəkdir

Tarix:

10-01-2023, 22:33

/ 2 643 dəfə oxundu.
Rusiyanın dağılma ehtimalı yüksəkdir

Beynəlxalq siyasət və iqtisadiyyat üzrə 167 ekspertin təxminən yarısı yaxın on ildə Rusiyanın ayrı-ayrı müstəqil regionlara parçalana biləcəyini yazıb. Onlara görə, Rusiya dövlət institutlarının fəaliyyət göstərmədiyi "uğursuz dövlətə" də çevrilə bilər.
GunAz.az bildirir ki, müvafiq sorğu Amerikanın "Atlantic Council" analitik mərkəzi tərəfindən aparılıb. Sorğunun nəticələrini "Financial Times" dərc edib.
Rəyi soruşulanların 40%-i hesab edir ki, Rusiyada siyasi böhran, inqilab, vətəndaş müharibəsi və ya ölkənin parçalanması nəticəsində baş verə bilər. Lakin bu məsələdə Avropalı ekspertlərin amerikalılardan daha pessimist olduqları ortaya çıxıb. Belə ki, avropalıların 49%-i, ABŞ tədqiqatçılarının isə 36%-I Rusiyanın dağılacağını proqnozlaşdırır.
Respondentlərin 14%-i yaxın 10 ildə Rusiyanın nüvə silahından istifadə edə biləcəyini güman edib. Yaxın onillikdə Rusiya dövlətçiliyinin qanuni və ya faktiki yoxa çıxması ehtimalını irəli sürənlərin 10%-i təqribən on illik dövrdən sonra keçmiş avtokratik dövlətlərin əksəriyyətinin demokratik yola qədəm qoyacağına inandığını bildirib.
"Atlantic Council"ın proqnozlaşdırma üzrə direktor müavini Peter Engelkeyə görə, Rusiya üçün proqnozlar verməkdə mühüm amil onun Ukraynaya hərbi müdaxiləsi onun daxili problemləri üçün "bumeranq"a çevrilə biləcək iqtisadi sanksiyalardır.Musavat.com
скачать dle 12.1

Şərhlər