SON DƏQİQƏ

Ukraynada son durum necədir?

Tarix:

9-09-2022, 13:57

/ 2 061 dəfə oxundu.
Ukraynada son durum necədir?

Ukrayna qüvvələri yaxın 72 saat ərzində Rusiyanın ölkənin şərqindəki təchizat marşrutlarını pozub, Kupyanski azad edə bilər.

Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

"Sentyabrın 8-də Xarkov vilayətində əks-hücuma keçən Ukrayna qüvvələri Rusiyanın Kupyanskidəkı əsas ön cəbhə xəttindən 20 kilometr dərinliyə irəliləyiblər. Onlar yaxın 72 saat ərzində Rusiyanın İzyumla quru əlaqə xətlərini ciddi şəkildə azaldan, lakin tamamilə kəsməyən Kupyanski ələ keçirə bilər”, - məlumatda deyilir.

Qeyd olunur ki, Ukraynanın Xarkov-İzyum xəttindəki uğurları Rusiya informasiya məkanında "çatlar” yaradır və Rusiya komandanlığına etimadı sarsıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ