SON DƏQİQƏ
» » İran səfiri Almaniya XİN-ə niyə çağırılacaq?

İran səfiri Almaniya XİN-ə niyə çağırılacaq?

Tarix:

9-01-2023, 18:48

/ 2 924 dəfə oxundu.
İran səfiri Almaniya XİN-ə niyə çağırılacaq?

İranın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılacaq.

Bunu jurnalistlərə Almaniyanın xarici işlər naziri Annalena Burbok deyib.

"Mən İran səfirini bir daha Xarici İşlər Nazirliyinə çağırdım. İran hakimiyyətinin siyasəti nəticəsiz qalmayacaq", - Burbok bildirib.

Qeyd edək ki, yanvarın 7-də İran iğtişaşlar zamanı Bəsic İslam milislərinin bir üzvünü öldürməkdə təqsirli bilinən iki nəfərə qarşı edam hökmünü icra edib.

Avropa İttifaqı artıq İran rəhbərliyinin hərəkətlərini pisləyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ