SON DƏQİQƏ

Hindistan Ermənistana yenidən dəstək oldu

Tarix:

10-11-2022, 14:11

/ 1 967 dəfə oxundu.
Hindistan Ermənistana yenidən dəstək oldu

Hindistan ilk dəfə 155 mm-lik ATAGS haubitsalarını xarici ölkəyə tədarük edəcək.

Bu barədə "Hindu” mətbuatı məlumat yayıb.

Məlumata görə, sifariş "Bharat Forge Ltd”nin törəmə şirkəti olan "Kalyani Strategic Systems Ltd” özəl şirkəti tərəfindən alınıb.

Müqavilənin məbləği 150 milyon dollardır, əməliyyat üç il ərzində həyata keçiriləcək.

"Business Standart” nəşri isə bu sistemlərin göndəriləcəyi ölkənin Ermənistan olduğunu yazıb.

Qeyd edək ki, ATAGS haubitsalarının hədəfi vurma məsafəsi 48 km-dir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ