
Tehranın Mehrabad hava limanında "Aseman" hava yollarına məxsus "Fokker 100" tipli sərnişin təyyarəsində yanğın baş verib.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın Tehran-Buşəhr reysi ilə uçmağa hazırlaşan təyyarənin mühərrikində meydana gəlib. Sərnişinlər təyyarənin göyərtəsində olarkən mühərrik partlayıb və yanğın başlayıb.
Yanğınsöndürmə briqadasının müdaxiləsi ilə yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.