SON DƏQİQƏ
» » Əsli Kazımova: “Avropa Parlamenti gözüqapalı siyasət yürüdür…”

Əsli Kazımova: “Avropa Parlamenti gözüqapalı siyasət yürüdür…”

Tarix:

18-03-2022, 16:01

/ 0 dəfə oxundu.
Əsli Kazımova: “Avropa Parlamenti gözüqapalı siyasət yürüdür…”

"Avropa Birliyinin belə riyakar və qərəzli qərarı qəbuledilməzdir”.

Bunu GunAz.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Avropa Parlamentinin Azərbaycanın erməni irsini dağıtması ilə bağlı qətnamə qəbul etməsinə münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti Azərbaycan hökumətinin Dağlıq Qarabağda erməni mədəni irsini məhv etmək, inkar etmək siyasətini qəti şəkildə tənqid edən qətnamə qəbul edib: "Avropa Parlamenti gözüqapalı siyasət yürüdür. Bu qətnaməni qəbul etmədən öncə Avropa Parlamentində təmsil olunanlar öncə bir bölgəyə səfər etməliydi. Ermənilərin viran qoyduğu Azərbaycan torpaqlarını gözləri ilə görməliydi. Avropa Parlamentinə olan etimadı belə qərəzli və riyakar qərarlarla sarsıtmamalı idilər. Qətnamə birmənalı olaraq,  Azərbaycan hökümətinin Qafqaz albanlarına xas olduğunu iddia edilən kilsələrdən erməni yazılarını silmək planlarını elan etməsindən sonra qəbul edilib. Nə olmalıydı? Alban kilsəsinə Azərbaycan erməni kilsəsimi deməliydi? Bu necə bir təfəkkürdür? 

Ermənistan özləri üçün yeni və şanlı tarix yazmaq üçün başqa mədəniyyətlərə aid tarixi irsi mənimsəməkdə maraqlıdır. Avropa Parlamentinin bunda nə marağı var? Avropa Parlamenti nəyə xidmət edir? 

Avropa Parlamentinin bu addımı birmənalı olaraq tarixi saxtalaşdıran Ermənistana dəstək kimi dəyərləndirilməlidir və rəsmi Bakı bu qərara rəsmi şəkildə etiraz etməlidir. 

Qətnamədə  UNESCO-nun Dağlıq Qarabağa girişinə icazəsi verilməsi xahiş olunur və UNESCO-nun qiymətləndirmə missiyası gəlmədən öncə ermənilərin irsi obyektlərinə toxunulmasının qarşısını almağa çağırış yer alır. Maraqlıdır,  UNESCO nə zaman Azərbaycana gəlmək istədiyini bildirib, Azərbaycan izin verməyib? UNESCO Azərbaycana gəlib, dağıdılmış abidələri görmədiyi halda belə qərəzli bir qərar necə qəbul olunur? Azərbaycana qarşı qətnamə qəbul etdikdən sonra bu çağırışın anlamı nədir? 

Ermənistanın 30 ildir Azərbaycan torpaqlarında viran Azərbaycanın nəinki mədəni və tarixi irsini viran qoyub, həm də etnik təmizləmə aparmağını görməzdən gələn Avropa Parlamenti, Alban dini məbədlərinin üzərindəki "uydurma yazıların” çıxarılması üçün Azərbaycan hökümətinin "ekspert” işçi qrupu yaradılmasını əsas gətirərək, qətnamə qəbul etməsi absurddur. Bu qətnamə Avropa Parlamentinin Azərbaycana ikili standartlardan yanaşmasının baris nümunəsidir və Azərbaycana qarşı növbəti "kor siyasət”ə xidmət edən qərəzli qərardan başqa bir şey deyil”.
 
Fəridə Qafarqızı
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ