SON DƏQİQƏ
» » Əsli Kazımova: İran Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür

Əsli Kazımova: İran Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür

Tarix:

22-11-2022, 17:35

/ 2 784 dəfə oxundu.
Əsli Kazımova: İran Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür

"Ölkəmiz hər zaman qonşuları ilə əlaqələrə xüsusi əhəmiyyət verir, bu əlaqələrin möhkəmləndirməsi, daha da yaxınlaşdırılması istiqamətində fəaliyyət göstərir. Yerləşdiyimiz Cənubi Qafqaz regionu geosiyasi baxımdan strateji əhəmiyyət daşıdığı üçün region ölkələrinin yaxın qonşuluq münasibətləri zəminində əməkdaşlığına hər zaman böyük ehtiyac duyulub. Bu amil həm də həyati əhəmiyyət kəsb etməkdədir. Digər tərəfdən, biz qonşularımızı dəyişə bilmərik və bu coğrafiyada yaşayırıqsa, münasibətlərin inkişafına da xüsusi önəm verməliyik. Bu mənada, Azərbaycanın yürütdüyü qonşuluq siyasəti səmimi və əməkdaşlığa əsaslanan siyasətdir. Təəssüf ki, bunun qarşılığında bəzi dövlətlər qeyri-adekvat münasibət ortaya qoyurlar. Məsələn, İran qonşu olaraq Azərbaycana qarşı çox zamanlarda riyakar davranış nümayiş etdirib. Hələ müstəqilliyimiz yeni əldə olunan dövrlərdən indiyə qədər rəsmi Tehranın Azərbaycana münasibəti səmimi olmayıb. Hətta 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də. təcavüzkar Ermənistana dəstək verib, bu ölkənin "problemlərinin" həllində əsaslı rol oynayıb".

Bu fikirləri açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Partiya sədrinin fikrincə, İran özünü etibarsız qonşu statusunda nümayiş etdirir. Hətta vətən müharibəsi dövründə, post-münaqişə dövründə belə İran özünün qeyri-adekvat davranışları ilə seçilib. "Üçtərəfli bəyannamə ilə Ermənistan üzərinə bir sıra öhdəliklər götürüb ki, onlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. İran açıq şəkildə regionda təhlükəsizlik mühitinin yaranmasına, davamlı sülhün əldə edilməsinə mane olur. Eyni zamanda, Zəngəzur dəhlizinin reallaşdırılması prosesinə əngəl törədir. Vətən müharibəsinə qədər, hətta müharibədən sonra bir il ərzində Azərbaycanla heç bir problemi olmayan İran Zəngəzur dəhlizi məsələsi aktuallaşandan dərhal sonra aqressiv ritorikasını bərpa edib, təhdid dolu bəyanatlar səsləndirməyə başlayıb. İranın şimal-qərb bölgəsi ilə həmsərhəd olan Azərbaycan torpaqlarına Ermənistanın nəzarət etməsi siyasi baxımdan da Tehran üçün əlverişlidir. İranın Azərbaycan sərhədinə qoşun yığması, hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlmək görüntüsü yaratması isə qonşuluq münasibətlərinə xələl gətirən amillərdəndir", - deyən  Ə.Kazımova bildirib ki, İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi isə islamın əxlaq kodeksinə zidd olan əməllərdir. Paritya sədri vurğulayıb ki, riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində təzahür etmir, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasının əsasını təşkil edir. Məqsədyönlü və açıq təxribatları davam edərək, eyni zamanda da özünü "islam dövləti”, "müsəlman təəssübkeşi”, Azərbaycanın "mehriban qonşusu” kimi təqdim etməyə çalışır: "İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. Azərbaycan bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. İran bir məsələni nəzərə almır ki, Azərbaycan rəsmi Tehranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb. Bununla belə, din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə edən İran İslam həmrəyliyinə zidd olan siyasət yürüdür. İrana məxsus KİV-lərdə əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan Respublikasına qarşı davamlı olaraq "ideoloji mübarizə” aparılır".

Partiya sədri  bildirib ki, sistemli təxribatlarla İran bu dəfə də Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa cəhd göstərdi və ölkəmizdə guya dini azadlıqların və İslam dəyərlərinin boğulduğunu iddia etdi. İranın müxtəlif dairələri "din pərdəsi” adı altında respublikamızın ərazisində dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə çalışdılar. "Bu günə qədər Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Rəsmi dövlət qeydiyyatı olmayan və İrana bağlılığı ilə seçilən siyasi təşkilatların üzvlərinin hüquq mühafizə orqanları tərəfindən ifşa olunması, həmçinin, onların İran tərəfindən dəstəklənən cinayət əməlləri bilavasitə İranın təxribat siyasətinin davamı və təzahürüdür. İrandan ölkəmizə qarşı ünvanlanan təxribat xarakterli bəyanatların müəllifləri qismində bu ölkənin ayrı-ayrı siyasətçiləri, generalları və ayətullahları çıxış edir", - deyən Ə.Kazımovanın fikrincə, özünü dünya müsəlmanlarının təəssübkeşi kimi qələmə verən İran rejimi Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, dini abidələrin təhiqr edilməsinin, müsəlmanların qətlə yetirilməsinin sorğusunu aparmır: "Bunun əksinə, İran daxilində Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılır, Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparılır. İran rejiminə xidmət edən terrorçuların zərərsizləşdirilməsi isə bir daha sübut etdi ki, İran Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyətindədir. Bir müddət öncə ard-arda İranın Azərbaycanda terror aktı törətmək istəyinin ifşa olunması bir daha onu göstərir ki, İran sözdə bizə dost desə də, faktiki olaraq bu münasibətlərdə səmimi deyil. İnformasiya təhdidləri və təxribatları ilə Azərbaycanın məkanına nüfuz etmək, vətəndaşlar arasında separatizm yaymaq, Azərbaycan dövlətinə itaətsizlik üçün zəmin hazırlamaq və ölkə vətəndaşlarını müxtəlif şirnikləşdirici təkliflər vasitəsilə dünyanın bir nömrəli mübarizə obyektinə çevrilən terrorizmə sövq etmək bu ölkənin xarici siyasətinin əsas xüsusiyyətləridir. İran öz potensialını və ikitərəfli münasibətlərin mahiyyətini adekvat dəyərləndirməlidir. Cənubi Qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan, qüdrətli Qalib Orduya malik olan və bütün dövrlərdə humanitar xarakterli qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan ilə hədə və təhdid dilində danışmaq kimsəyə fayda verməz. Azərbaycan bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. 30 il davam edən işğala, müsəlmanların öz torpaqlarından qovulmasına, məscidlərin, islam ibadətgahlarının təhqir olunmasına göz yuman İranın Qafanda konsulluq açması və Ermənistanın Təbrizdə konsulluq açmasının gündəmə gətirilməsinə şərait yaratması vicdanlı və dürüst davranış hesab edilə bilməz".
 
Fəridə Qafarqızı
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ