SON DƏQİQƏ

Bu ərazilərdə yaşayanlara ŞAD XƏBƏR

Tarix:

17-02-2022, 17:37

/ 2 507 dəfə oxundu.
Bu ərazilərdə yaşayanlara ŞAD XƏBƏR

Bakıda Badamdar və Bibiheybət ərazilərində yeni metro stansiyalarının açılması gələcək planlarda nəzərdə tutulub.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakı.vs-yə açıqlamasında "İçərişəhər"dən sonra dörd stansiyanın inşasının planlaşdırıldığını bildirib.

"Onların arasında Badamdar da var. Sarı xətt üçün isə Binəqədidən başlayaraq 11 stansiya olacaq və Bibiheybətdə tamamlanacaq. Bunların reallaşması uzaq perspektivə nəzərdə tutulub. İndidən konkret tarix demək mümkün deyil.

 

Hələlik bu iki stansiyanın inkişafı və layihələndirməsindən söhbət getmir. Hazırda vacib məsələ şəhərin mərkəzindəki xətlərin ayrılmasıdır. Bakının 2008-2011-ci illərdə hazırlanan inkişaf istiqamətlərində Binəqədi, Yeni Yasamal, Qaraçuxur və Bakıxanov da nəzərdə tutulub.

Bir məsələni qeyd edim ki, "Xocəsən" metro stansiyasından "Sədərək" ticarət mərkəzinə heç bir metro xətti olmayacaq", - o deyib.

скачать dle 12.1

Şərhlər