SON DƏQİQƏ
» » Xocavənddəki qəza ilə bağlı nazirlikdən açıqlama

Xocavənddəki qəza ilə bağlı nazirlikdən açıqlama

Tarix:

7-02-2022, 11:47

/ 2 417 dəfə oxundu.
Xocavənddəki qəza ilə bağlı nazirlikdən açıqlama

Səhiyyə Nazirliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı "Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşdirilib.

 

Qeyd olunub ki, onlardan 11-i Türkiyə vətəndaşıdır.

"İki nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir", - məlumatda bildirilib.

скачать dle 12.1

Şərhlər