SON DƏQİQƏ

Koronavirusa yoluxma 8 minə yaxınlaşır

Tarix:

5-02-2022, 19:02

/ 2 437 dəfə oxundu.
Koronavirusa yoluxma 8 minə yaxınlaşır

Azərbaycanda bu gün koronavirus infeksiyasına 7 704 yeni yoluxma faktı qeydə alınıb, 4 109 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 23 nəfər COVİD-19-dan dünyasını dəyişib.

 

İndiyədək ölkədə ümumilikdə 691 180 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 641 538 nəfər müalicə olunaraq sağalıb, 8 846 nəfər vəfat edib. 40 796 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 531, bu günə qədər isə ümumilikdə 6 248 414 test icra olunub.

скачать dle 12.1

Şərhlər