
Müəyyən vaxtdan sonra təbii ki, pandemiya bitəcək. Koronavirus həyatımızın bir parçası kimi qalacaq. Sadəcə COVİD-19 mutasiyaya uğrayaraq öz gücünü itirmiş olacaq.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, koronavirus müəyyən vaxtdan sonra daha yüngül virusa çevriləcək:
"Digər infeksiyalar zamanı bu kimi qoruyucu tədbirləri vaxtında görməsəydik, onda da yoluxuculuq qabiliyyəti yüksək olardı. İnanıram ki, ölkədə pandemiya yaxın gələcəkdə bitəcək”.





























