
Ermənilər Ağdamda xidməti vəzifəsini icra edən Baksel MMC-nin əməkdaşını yaralayıb.
Bu barədə Baksel şirkəti tərəfindən verilən açıqlamada qeyd olunub ki, hadisə nəticəsində yaralanan Anar Rəhimliyə hazırda tibbi xidmət göstərilir və həyatı üçün təhlükə yoxdur.
"Böyük təəssüflə bildiririk ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində xidməti vəzifələrini yerinə yetirən əməkdaşlar erməni silahlıları tərəfindən atəşə tutulub. Hazırda Baksel şirkəti işğaldan azad olunmuş ərazilərimizdə mobil şəbəkənin qurulması istiqamətində genişmiqyaslı işlər aparır. Əməkdaşlarımızın Ağdama səfərinin məqsədi də həmin ərazidə mobil şəbəkənin qurulması olub






























