SON DƏQİQƏ

Sabah hava necə olacaq?

Tarix:

24-12-2021, 13:07

/ 1 222 dəfə oxundu.
Sabah hava necə olacaq?

Dekabrın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-18° şaxta, gündüz 2-7° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ