SON DƏQİQƏ
» » Azərbaycanda koronavirusa yoluxma ən çox bu ərazilərdədir

Azərbaycanda koronavirusa yoluxma ən çox bu ərazilərdədir

Tarix:

13-12-2021, 18:44

/ 1 513 dəfə oxundu.
Azərbaycanda koronavirusa yoluxma ən çox bu ərazilərdədir

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

Ölkədə virusa yoluxanların 49,9%-i Bakının payına düşür.

Yoluxma göstəricisi Abşeronda 13,7%, Aranda 13,6%, Gəncə-Qazaxda 8,1%, Şəki-Zaqatalada və Quba-Xaçmazda 3,8%, Lənkəranda 2,6%, Dağlıq Şirvanda 2,2%, Yuxarı Qarabağda 1,7%, Naxçıvan Muxtar Respublikasında 0,6%-dir.

Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4% təşkil edir.

Bakıda da koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər məlum olub. Paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb. Bakıda aşkarlanan yoluxma faktlarının 14,5%-i bu rayonun payına düşür.

Sonrakı yerlərdə 13,5%-lə Xətai, 11,8%-lə Sabunçu, 11,7% Yasamal, 8,5%-lə Suraxanı, 7,8%-lə Nərimanov, 7,6%-lə Nəsimi və Xəzər, 7,1%-lə Nizami, 4,9%-lə Səbail, 4,4%-lə Qaradağ, 0,5%-lə isə Pirallahı qərarlaşıb.

скачать dle 12.1

Şərhlər