SON DƏQİQƏ
» » Qazın əhaliyə satış qiymətinin artırılmasının REAL SƏBƏBLƏRİ NƏDİR?

Qazın əhaliyə satış qiymətinin artırılmasının REAL SƏBƏBLƏRİ NƏDİR?

Tarix:

24-11-2021, 21:55

/ 2 592 dəfə oxundu.
Qazın əhaliyə satış qiymətinin artırılmasının REAL SƏBƏBLƏRİ NƏDİR?

 Teyyub Qənioğlu
Təbii qazın əhaliyə satış qiymətinin artırılmasının heç bir iqtisadi əsasının olmadığını, qiymət artımının "əsaslandırılması" üçün bəzi rəsmi dövlət qurumlarının və şəxslərin gətirdiyi arqumetlərin hətta gülünc olduğunu əvvəki yazılarımda da qeyd etmişdim.
(https://gunaz.az/index.php?newsid=88867 və s.) Qazın əhaliyə satış qiymətinin artırılmasnı "əsaslandırmağa" növbəti cəhd hörmətli Maliyyə Naziri tərəfindən edilmişdir. Belə kİ, Milli Məclisdə çıxışı zamanı nazir Samir Şərifov demişdir ki: " Dünya bazarlarında təbii qazın qiyməti çox yüksəkdir.Bu, ölkəmizə də öz təsirini göstərir. Qazın bir hissəsi bizim daxili qurumlarımız tərəfindən, digər həcmləri isə ölkə daxilində xarici şirkətlərlə birgə hasil olunur”. Cənab nazir, dünya bazarlarında qazın qiyməti artıbsa və Azərbaycan qazının da dünya bazarlarında satış qiyməti artıbsa əhaliyə satılan qazın qiymətinin aşağı salınması, heç olmasa əvvəlki səviyyədə saxlanılması məntiqə daha uyğun olmazdımı? Aydındır ki, qazın əhaliyə satış qiymətinin artırılmasının iqtisadi cəhətdən əsaslandırılması mümkün olmadığından belə əsassız səbəblər gətirirlər. Qazın əhaliyə satış qiymətinin artırılmasının real səbəblərini açıq demək daha düzgün olmazdımı? Unutmayın ki, vətəndaşlarımız informasiyalı cəmiyyətdə yaşayırlar!
скачать dle 12.1

Şərhlər