SON DƏQİQƏ

Şəhid Orxan Cabbarov dəfn edildi

Tarix:

18-11-2021, 12:36

/ 1 272 dəfə oxundu.
Şəhid Orxan Cabbarov dəfn edildi

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Orxan Cabbarov dəfn edilib.

1994-cü il təvəllüdlü gizir Cabbarov Orxan Hətəm oğlu Qubanın Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Onuda qeyd edək ki, 27 yaşı bu ilin sentiyabrın 29-da tamam olan Orxan Cabbarov subay idi.

Gizir Orxan Cabbarov Vətən müharibəsi iştirakçısı olub. O, torpaqlarmızın azad olunmasında göstərdiyi sücaətə görə medallarla təltif olunub.

Allah rəhmət etsin!

скачать dle 12.1

Şərhlər