SON DƏQİQƏ

Xüsusi Təyinatlı ŞƏHİD Orxan Balayev...VİDEO

Tarix:

11-02-2021, 18:42

/ 5 677 dəfə oxundu.
Xüsusi Təyinatlı ŞƏHİD Orxan Balayev...VİDEO

Torpaq şəhidlərin sonrakı nəslə əmanətidir.Şəhidlik vətən eşqinin təntənəsidir.Haqq yolunda şəhid verən xalq sonunda qalib olur.Hər bir şəhidimiz xalqımızın qəlbində əbədiyaşar bir nurdur.Hünərilə vətəni dardan qurtaran qəhrəmanlarımızdan biri şəhid Orxan Balayevi sizlərə tanıtmaq istəyirəm.
Orxan Balayev 1998-ci ildə Qubanın Alpan kəndində anadan olub.2004-2015-ci illərdə elə həmin kənddə orta təhsil almışdır. Orxan uşaqlıqdan hərbçi olmaq həvəsində olub.Doğulub boya-başa çatdığı kənddə igid,hərbi qulluğa həvəsli insanlar çox idi, hətta onun doğma dayısı da nümunəvi hərbçilərimizdəndir, bu da onun uşaq təxəyyülünün formalaşmasında çox mühüm rol oynamışdır. Hərbçi nüfuzu onun üçün çox əziz idi, tez-tez işğalda olan torpaqlarımız haqda söz düşəndə daxilində bir üsyan hiss edirdi Orxan.Ətrafındakılara deyirdi ki, mən o torpaqlar uğrunda hər cür mübarizəyə hazıram.Düşməni öz torpağımızdan qovmaq qədər müqqəddəs bir iş yoxdur.Elə bu arzular onu komandirinin rəğbətini qazanan bir mübariz əsgərə çevirdi - 2016-2018-ci illərdə hərbi xidmət keçdikdən sonra 3 aylıq gizirlik kursunu uğurla bitirərək XTQ-də xidmətə başlayır.
Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qatılaraq ağır döyüş əməliyyatlarında fədakarlıqla iştirak etmiş, düşmənin canlı qüvvəsini məhv etmiş, onların bir neçə işlək vəziyyətdə hərbi texnikasını qənimət kimi ələ keçirmişdir. Orxanın sonuncu əməliyyatı Suqovuşan istiqamətində olduğu bildirilir. 6 oktyabr tarixində ailəsi ilə əlaqə saxlasa da, sonra Orxandan heç bir xəbəri gəlmir,onun itkin düşdüyü məlum olur.30 noyabrda şəhidimizin nəşi Alpan kəndinə gətirilir və insanların böyük izdihamı ilə şəhid adına layiq şəkildə dəfn edilir.
Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Suqovuşanın azad edilməsinə görə" medalları ilə təltif edilmişdir.
Bütün şəhidlərimizə Allah rəhmət eləsin ! 
Mehranə Vəliqızı
скачать dle 12.1

Şərhlər