SON DƏQİQƏ

Sabah hava necə olacaq?

Tarix:

15-11-2021, 13:12

/ 2 271 dəfə oxundu.
Sabah hava necə olacaq?

Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7°-dək isti, gündüz 7-9° isti olacaq.

Bakıda gecə 7°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sabah Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Sabah Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər