SON DƏQİQƏ
» » Yeganə qadın şəhidimizin ailəsi ilə bağlı üzücü xəbər

Yeganə qadın şəhidimizin ailəsi ilə bağlı üzücü xəbər

Tarix:

6-11-2021, 20:58

/ 2 293 dəfə oxundu.
Yeganə qadın şəhidimizin ailəsi ilə bağlı üzücü xəbər

Bu dəqiqə sistem altındayam. Koronavirus testimin cavabı müsbət çıxdı. Qaraciyərdən müalicə alıram. Heç qəhrəman anaya baxan yoxdur”.

Bu sözləri Modern.az-a açıqlamasında şəhid Arəstə Baxışovanın anası Məktubə xanım deyib. Məktubə xanım hazırda Arəstə Baxışovanın övladları Mərdan və Zəhranın da səhhətinin pis olduğunu deyib:

 

Müalicə xərclərinin öz hesabına olduğunu bildirən Məktubə xanım "YAŞAT” Fonduna bir neçə gün öncə müraciət etdiyini qeyd edib:

"Bu gün zəngimə cavab verilib. Özüm "Bir kart”dan 500 manat çıxardıb kreditlə iynə-dərman almışam. Fonda dedim heç olmasa dərmanların puluna kömək etsin. Qızımın 600 manat pensiyasını uşaqların iynə -dərmanına vermişəm. Bəs bu uşaqlar nə yeyəcəklər? Çətin durumdayam, heç yerdən köməyim yoxdur. Dərmanların hamısı bahadır”.

скачать dle 12.1

Şərhlər