SON DƏQİQƏ

Qarabağ balı Fransaya ixrac olunacaq

Tarix:

26-10-2021, 22:25

/ 1 489 dəfə oxundu.
Qarabağ balı Fransaya ixrac olunacaq

Qarabağ balı Avropa bazarlarına və ərəb ölkələrinə ixrac olunacaq.

GunAz.az xəbər verir ki, bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

O bildirib ki, yerli bal uzun müddət ermənilər tərəfindən "Karvaçar" qondarma adı ilə uzun müddət Fransada satılıb:

"Biz tezliklə bu vəziyyəti düzəltməyi və Kəlbəcər balını Fransaya əsil adı ilə ixrac etməyi planlaşdırırıq".

Onun sözlərinə görə, Qarabağda iqtisadi fəallığın bərpası ölkədə bal istehsalının həcminin kəskin artmasına gətirib çıxaracaq:

"Azad edilmiş ərazilərdə təxminən 300 min arı ailəsinin yerləşdirilməsi planlaşdırılır. Bu, bal istehsalı həcmini ildə təxminən 4,5-5 min ton artıracaq".


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər