
Daxili işlər orqanlarında yeni təyinat olub.
GunAz.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrlə polis polkovnik-leytenantı Fazil Zərbəliyev Sabunçu Rayon Polis İdarəsinin rəisinin əməliyyat işi üzrə rəis müavini təyin edilib.
F.Zərbəliyev bu təyinata qədər 39-cu Polis Bölməsinin rəisi idi.



























