SON DƏQİQƏ
» » Qaz xəttinə daha bir qanunsuz müdaxilə aşkarlandı

Qaz xəttinə daha bir qanunsuz müdaxilə aşkarlandı

Tarix:

12-10-2021, 22:06

/ 1 459 dəfə oxundu.
Qaz xəttinə daha bir qanunsuz müdaxilə aşkarlandı

"Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinin Ağstafa Xidmət sahəsinin əməkdaşları qaz təchizatından qanunsuz istifadə, özbaşına şəkildə müdaxilə halı aşkarlayıblar.

İB-dən GunAz.az-a bildirilib ki, Ağstafa rayonunun Köçəsgər kənd sakini Tahir Mehtiyev ona məxsus həyətyanı sahənin qarşısından keçən qaz xəttinə 2 rezin boru vasitəsilə qeyri-qanuni birləşmə edib. Bununla vətəndaş qarşısına çıxa biləcək real təhlükədən çəkinmir və nəticələrinin ağır olacağının fərqində deyil, kustar üsulla qaz xəttinə qanunsuz birləşmə edir. Sözügedən məsələ ilə bağlı Birlik tərəfindən dərhal tədbirlər görülməklə, növbəti dəfə qanunsuz qoşulma ləğv edilib.

"Azəriqaz” İB bir daha xəbərdarlıq edir ki, vətəndaşlar bu cür hərəkətlərdən çəkinməlidirlər. Belə vəziyyətlərdə cüzi qaz sızması ciddi təhlükə yarada bilər.


скачать dle 12.1

Şərhlər