SON DƏQİQƏ
» » Sərnişindaşıma ilə məşğul olanların nəzərinə

Sərnişindaşıma ilə məşğul olanların nəzərinə

Tarix:

12-10-2021, 13:26

/ 2 413 dəfə oxundu.
Sərnişindaşıma ilə məşğul olanların nəzərinə

Bu gündən etibarən Daxili İşlər Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə qanunsuz sərnişindaşımaya qarşı reydlərə start verib.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib ki, artıq səhər saatlarından etibarən reydlərə start verilib: "Hazırda Daxili İşlər Nazirliyinin Qaradağ postunda yol polisləri agentlik əməkdaşları ilə birlikdə reydlər keçirir. Tədbirlər 08:00-dan başlanıb. Tədbirlər bu gündən etibarən mütəmadi davam etdiriləcək, qanunsuz sərnişin daşıyanlara qarşı müvafiq tədbirlər görüləcək".

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər