SON DƏQİQƏ

Koronavirusa yoluxanların sayı açıqlandı

Tarix:

11-10-2021, 20:23

/ 2 319 dəfə oxundu.
Koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 611 yeni yoluxma faktı qeydə alınıb, 638 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 492 790 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 661 nəfər müalicə olunaraq sağalıb, 6 677 nəfər vəfat edib. 12 452 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 575, bu günə qədər isə ümumilikdə 4 958 312 test icra olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ