SON DƏQİQƏ

Bakıda yeni marşrut xətti açıldı

Tarix:

7-10-2021, 19:33

/ 3 346 dəfə oxundu.
Bakıda yeni marşrut xətti açıldı

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, 149 və 164 nömrəli müntəzəm marşrutun hərəkət sxemlərində dəyişikliklər edilib. Belə ki, dəyişiklik əsasında 149 nömrəli marşrutun son dayanacaq məntəqəsi 20-ci Sahə, 164 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Lökbatan qəsəbəsi (Mədəniyyət sarayı) olaraq müəyyən edilib.

Bu barədə Bakı Nəqliyyat Agentiyindən (BNA) bildirilib.

Bununla yanaşı, Sanqaçal qəsəbəsində vətəndaşların ictimai nəqliyyatdan istifadəsində yaranan çətinliyin aradan qaldırılması məqsədilə Sanqaçal qəsəbəsi – "Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində 196 nömrə adı altında yeni şəhərətrafı müntəzəm marşrut təşkil edilib. Marşrutlar üzrə avtobusların hərəkəti sərnişin təlabatına uyğun olaraq tənzimlənəcək.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər