SON DƏQİQƏ

Pomidor niyə kəskin bahalaşıb?

Tarix:

24-09-2021, 08:51

/ 4 224 dəfə oxundu.
Pomidor niyə kəskin bahalaşıb?

Paytaxt bazarlarında pomidorun qiyməti bahalaşıb. Aidiyyatı qurumlar bu artımın tələb və təkliflə əlaqəli olduğunu bildirir

Hələ açıq sahələrdən yığımı yekunlaşmayan bu tərəvəzin yerində qiyməti çox ucuz, paytaxtda isə bahadır.

Bəli, Bakıda topdansatışda 32 kiloqramlıq yeşiyi 50 manata satılan pomidor rayonlarda eyni çəkidə 20 manata satılır.

 

Ekspertlər isə hesab edir ki,bu artımın əsas səbəbi pamidor ixracının artmasıdır.

Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, bazarlardakı qiymətlər tələb və təklifdən asılı olaraq dəyişir. Satıcılar qiymətlərin önümüzdəki günlərdə sabitləşəcəyini deyir.

скачать dle 12.1

Şərhlər